Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 13:44:00
AMEA-nın müxbir üzvü vəfat edib

AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Vəli Hüseyn oğlu Əliyev dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki, bu barədə apa-ya AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Pərviz Qasımov məlumat verib. O bildirib ki, alim uzun müddət davam edən xəstəlikdən sonra bu gün vəfat edib. Mərhumun dəfni bu gün baş tutaq.

Qeyd  ki, Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.