Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-03 14:14:00
Dünyanın ilk kvant mühərriki yaradıldı

Kanadanın Vaterlo Universitetinin alimləri dünyanın ilk kvant-istilik mühərrikini işləyib hazırlayıblar.

AzEdu.az xəbər verir ki, bu barədə “Phys.org”da yerləşdirilən press-relizdə deyilir. 

Tədqiqatçılar cihazı yaratmaq üçün xloroform molekuluna əsaslanan “1/2 spin sistemi”ndən istifadə edib və nüvə maqnit rezonans üsullarını tətbiq ediblər. Onlar Otto tsiklini (daxili yanma mühərriklərində istifadə olunan termodinamik tsikl) əldə etmək üçün radiotezlik sahəsinin köməyi ilə karbon-13 izotopunun nüvə özəyinin maqnit anını dəyişdiriblər.

Alimlərin sözlərinə görə, enerjinin nüvənin maqnit anının iki mümkün istiqaməti arasında fərqi avtomobilin mühərrikindəki porşenin hərəkətinə müvafiq artır və azalır. Bir Otto kvant tsikli maksimum gücdə yerinə yetirilərkən istilik mühərriki 42 faizə müvafiq faydalı təsir əmsalına malik olur ki, bu da termodinamik həddə yaxındır (44 faiz).

Tədqiqatçılar ümid edirlər ki, kiçik kvant istilik maşınlarının effektivliyini real təcrübələrdə nümayiş etdirməklə, gələcəkdə onların işini optimallaşdırmağın yollarını tapa biləcəklər. Bu, hesablama qurğuları üçün daha mükəmməl kvant soyuducularının yaradılmasına kömək edəcək.