Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 09:02:00
NASA-nın qadın astronavtı rekord vurdu

Amerikalı astronavt Kristina Kox tənha uçuş zamanı kosmosda qalma müddəti üzrə qadınlar arasında rekord vurub. 

Bu barədə CNN telekanalı məlumat verir.

Xatırladaq ki, Kox BKS-ya hələ martın 14-də çatıb.

Məlumata əsasən, Kox dekabrın 28-i üçün kosmosda 289 gün keçirib.

Beləliklə, o, kosmosda bir gün artıq olmaqla astronavt Peqqi Vitsonun rekordunu qırıb.

Yeni rekordçunun BKS-da 2020-ci ilin fevralına qədər qalacağı gözlənilir.