Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 12:51:00
DİM sədri - "Hər il bu abituriyentlərdən ibarət qrup yaradırıq, səbəbi isə..."

“600 mindən çox insan milli qiymətləndirmə  prosesində iştirak edərək sertfikat alıb, yaxud ali məktəbə qəbul olunub. 57 min insan isə qiymətləndirmə  prosesində qismən iştirak edir”

AzEdu.az xəbər verir ki  bu sözləri DİM-in direktorlar şurasının sədri Məleykə Abbaszadə Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda hesabat tədbirində deyib. DİM sədri bu il paytaxtda 45 ci   beynəlxalq qiymətləndirmə  konfransının keçirildiyini xatırladıb: 

“Bu, ilk dəfə 2007-ci ildə keçirilib 12 il ərzində bu sahədə xeyli nailiyyətlərimiz olub. Biz də indiyədək statistik təhlillər aparırıq.  Hər il 600 bal toplayan abituriyentlərdən ibarət qrup yaradıb onlarla anket sorğusu keçirərək dəqiq məlumatlar əldə edirik.

Sosial tədqiqatların müsbət cəhətlərindən biri budur ki, sorğuları təhsilin bütün iştirakçıları arasında aparır. Yalnız abituriyentlər deyil, müəllim və valideynlər arasında  da sorğu apararaq daha dəqiq məlumat əldə edə bilərik”.

Qeyd edək ki, konfransda STM İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları iştirak ediblər.

Ayşə MÜSEYİB