Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 09:51:53
Metodistlərin dərs bölgüsü necə həyata keçirilir? - Cavab  

AzEdu.az müəllimlərə dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin bağlanmasının əsasları, ləğvi, dərs bölgüsü və s. ilə bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Belə suallardan biri də metodistlərin dərs saatları ilə bağlıdır.

Sual:

Orta ümumtəhsil müəssisələrində metodistlərin dərs bölgüsü necə həyata keçirilir?

Cavab:

AzEdu.az xəbər verir ki, bu məsələlər Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli  Təlimati Məktubunda qeyd edilib.

Qanunvericiliyə görə, diaqnostik qiymətləndirmədə iştirak etmiş metodistlərə ixtisaslarına və topladıqları bala uyğun dərs saatları verilə bilər. Amma məktəblərdə vakansiyalar tutulduqdan sonra və aidiyyatı yerli təhsil idarəetmə orqanının təqdimatı, Təhsil Nazirliyinin razılığı ilə əsasdır.

Qeyd edək ki, təlimat məktubunda orta ümumtəhsil müəssisələrinin rəhbərlərinə kömək məqsədilə  dərs bölgüsünün hansı əsaslarla aparılması, rəhbər və pedaqoji işçilərə verilə biləcək dərs saatlarının normativləri və s. nəzərdə tutulur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları