Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-14 10:52:00
Direktorun işdən qanunsuz çıxardığı müəllimin hansı hüquqları var? - Cavab  

AzEdu.az müəllimlərə dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin bağlanmasının əsasları, əğvi və s. ilə bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Daha bir məsələ isə müəllimin əmək müqaviləsinin direktor tərəfindən qanunsuz olaraq ləğv edilməsi zamanı müəllimin hansı hüquqlarının olması ilə bağlıdır.

Sual:

-Direktorun qanunsuz olaraq işdən çıxardığı müəllimin hansı hüquqları var?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə məsələlər Əmək Məcəlləsinin 300-cü maddəsində əks olunub. Qanunvericiliyə görə, direktor əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozub, müəyyən tələblərə əməl etmədən, habelə xüsusi hallara əhəmiyyət vermədən müəllimi işdən çıxarıbsa, müəllim öz haqqını müxtəlif formalarda tələb edə bilər.

Bu zaman direktor əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işi araşdırmalı, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir. Bundan əlavə direktor müəllimin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxara bilər. Məhkəmə işçiyə dəymiş zərərin direktor tərəfindən ödənilməsini də reallaşdıra bilər.

“Dəymiş zərərin məbləği” dedikdə işdən çıxarılmış müəllimin işləmədiyi müddətin orta əmək haqqı, işə məhkəmədə baxılması ilə əlaqədar vəkil tutmasına sərf edilən xərc, eləcə də mənəvi ziyan, kadrın işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi xərclərin məcmusu başa düşülür.

Qeyd edək ki, direktorun aşağıdakı işçilərin əmək müqaviləsini ləğv etməsi qadağandır:

-Hamilə, habelə üç yaşınadək uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;

-Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdənlər;

Əmək qabiliyyətini müvəqqəti itirənlər;

-Şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olanlar;

-Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;

-Məzuniyyətdə olanlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları