Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 13:53:00
Yunanıstanda Hüseyn Cavid yad edilib

Yunanıstanda Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə məlumatı AzEdu.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyi və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərində keçirilən 15-ci beynəlxalq kitab sərgisində yazıçı, şair, dramaturq Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunmuş təqdimatla çıxış ediblər. Çıxışçılar Hüseyn Cavidin yaradıcılığından,yazdığı əsərlər haqqında və onun müsəlman-türk aləminə verdiyi bədii töhfələrdən,fəlsəfi ideyalardan danışıblar.