Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 13:00:00
Valideynlərin nəzərinə: 5 yaşı bu aya kimi tamam olmayanlar məktəbəhazırlıqda oxuya bilərlər

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. ElYektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Son zamanlar övladını məktəbəhazırlıq qruplarına yazdırmaq istəyən valideynləri maraqlandıran məqamlardan biri də yaş məhdudiyyəti ilə bağlıdır.

Sual:

Məktəbəhazırlıq qruplarında dərslər oktyabrın 1-dən başlanır. Övladımın 5 yaşı isə dekabrda olacaq. Belə çıxır ki, bu il hazırlıq qrupları üçün müraciət edə bilmərəm?

Cavab:

AzEdu.az xəbər verir ki, məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan 2014-cü il təvəllüdlü uşaqlar qəbul edilirlər. Azyaşlının 5 yaşı 2019-cu təqvim ilində tamam olacaqsa, məktəbəhazırlıq təhsili ala  bilər.

Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilərlər.

Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları