Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 09:49:00
Elektron qeydiyyat zamanı unudulan şifrəni necə bərpa etmək olar? –Valideynlərin diqqətinə

 

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək.

Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Elektron qeydiyyatdan keçdikdən sonra istifadə edilmiş şifrənin unudulması isə bəzi valideynlərə problem yaradır. Onlar keçmiş şifrəni yenisi ilə əvəzlənməyin mümkün olub–olmadığını soruşur, hara müraciət edilməli olduqlarını soruşurlar.

AzEdu.az məlumat verir ki, unudulan qeydiyyat şifrəsini elektron qaydada bərpa etmək mümkündür. Bunun üçün “Şifrəni unutdum” linkinə daxil olmaqla şifrəni bərpa etmək lazımdır. “Şifrəni unutdum” linki əsas səhifədə “Şifrəni daxil edin” sahəsinin altında yerləşir.

Şifrənin bərpası üçün isə qeydiyyat zamanı istifadə edilən telefon nömrəsi və ya elektron ünvandan istifadə edilir. Qeydiyyat zamanı həm telefon nömrəsi, həm də elektron ünvan daxil edilibsə, şifrənin bərpası hər ikisi ilə mümkündür. Şifrəni elektron ünvanı vasitəsilə bərpa edərkən daxil edilən ünvana xüsusi link göndərilir. Linkə daxil olaraq yeni şifrəni görmək mümkündür.

Qeydiyyat zamanı çətinliklə üzləşənlər isə Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları