Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-04 12:00:00
Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv  

Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyiyanında İctimai Şuraya seçkilər keçirilib.

AzEdu.az xəbər verir ki, Təhsil nazirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanov nazirlik yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini İctimai Şuranın təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacağını deyib.

Firudin Qurbanov qurumun təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə uğurlar arzulayıb.

Təhsil nazirinin müşaviri, Seçki Komissiyasının üzvü Elnur Məmmədov da öz növbəsində İctimai Şuranın yaradılması istiqamətində nazirlik tərəfindən indiyədək görülən işlərdən, İctimai Şuranın fəaliyyət növlərindən danışıb. Nazir müşaviri İctimai Şuranın Təhsil Nazirliyinin fəaliyyətinin daha səmərəli şəkildə həyata keçirilməsinə töhfə verəcəyinə inandığını deyib.

Daha sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən aşağıdakı şəxslər Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvi seçiliblər:

Orucov İlqar;

Mikayılova Ülviyyə;

Əsgərov Şahlar;

Kazımzadə Elmina;

Əliyev Etibar;

İsrafilov Nadir;

Vəliyev Anar;

Cəfərzadə Mirzə;

Cahangirov Asif;

Əliyev Mais;

Əlizadə Hikmət.

Qeyd edək ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunan Seçki Komissiyası tərəfindən yoxlanılıb. Seçkilərdə sənədləri qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. 

Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilən digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.