Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-02 14:45:00
I sinfə qəbulla bağlı sualı olanlar bura müraciət etsin!

Elektron sistem vasitəsilə orta ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.

Xatırladaq ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.
Bəs I sinfə qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?

AzEdu.az 2019-2020-ci dərs ili üçün  ümumi təhsil məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair ən çox verilən suala cavabı təqdim edir:

-Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinə;

Bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya komissiyasına.

Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də  [email protected] elektron poçt ünvanı vasitəsilə,

Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonu,  eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə,

Sumqayıt Şəhər Təhsil Şöbəsinin (018) 642-00-88 nömrəli telefonu, eləcə də  sumgayı[email protected]  elektron poçt ünvanı vasitəsilə,

Mingəçevir Şəhər Təhsil Şöbəsinin (0-2427) 5-47-65 nömrəli telefonu, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə,

Naftalan Şəhər Təhsil Şöbəsinin (0-2235) 2-30-64 nömrəli telefonu, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə,

Şirvan Şəhər Təhsil Şöbəsinin (0-2121) 5-02-91 nömrəli telefonu, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə,

Abşeron Rayon Təhsil Şöbəsinin (012) 342 29 06 nömrəli telefonu, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə,

Yevlax Rayon Təhsil Şöbəsinin (0-2233) 6-33-84 nömrəli telefonu, eləcə də [email protected] elektron  poçt ünvanı vasitəsilə,

Samux Rayon Təhsil Şöbəsinin (0-2227) 51-159 nömrəli telefonu, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (nömrə: 146) zəng etməklə, suallara aydınlıq gətirmək mümkündür.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır.

Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmət dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları