Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-30 09:02:00
Peşə təhsil müəssisələrində 6000-dən çox yer boş qalıb

Boş qalan yerlərə qəbulun 2-ci turu bu gün başlayıb. 28 avqust - 5 sentyabr tarixlərində davam edəcək müsabiqədə 1-ci turda iştirak etməyən namizədlər də sənədlərini təqdim edə bilərlər.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, II  tur üçün 6200-dən çox plan yeri boş qalıb.

2-ci turla bağlı sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçiriləcək.

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılacaq.

2-ci turun nəticələrinin 6 sentyabr tarixində elan olunacağı nəzərdə tutulub.    

Qeyd edək ki, I turda peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808-i peşə təhsili müəssisələrinə qəbul olunub.