Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-26 14:35:00
Müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu necə aparılır? - RƏSMİ

Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu bir sıra prioritetlər nəzərə alınmaqla aparılır.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

  • Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən     edilmiş ərazidə yaşayanlar;
  • Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
  • Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Qeyd edək ki, Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.

Ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.