Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-08 11:14:00
Bu universitetlərə tələbə axını kəskin azalıb - SƏBƏB

“Belə universitetlərə tələbə axını kəskin şəkildə azalır”

Bu sözlər təhsil üzrə mütəxəssis Elçin Əfəndiyə aiddir.

AzEdu.az xəbər verir ki, Elçin Əfəndi rəsmi “Facebook” hesabında nüfuzuna görə, ilk və son yerlərdə qərarlaşan universitetlər haqqında paylaşım edib.

Bəzi universitetlərdə  yenidənqurma, daxili nizam-intizam qaydaları və ictimaiyyətlə əlaqələr bölümünə diqqəti artırmalıdırlar.

Əks halda, belə universitetlərə tələbə axını kəskin azalır. Belə ki, aşağıdakı adını çəkdiyim ali təhsil müəssisələri prestijinə görə aşağı sıralarda qərarlaşırlar. Abituriyentlər bu universitetləri sonlarda seçirlər.

Aşağı reytinqli dövlət ali təhsil müəssisələri:

  1. Bakı Dövlət Universiteti.
    2. Azərbaycan Dövlət Pedoqoji Univeristeti.
    3. Bakı Slavyan Universiteti.
    4. Azərbaycan Texniki Universiteti.
    5. Sumqayıt Dövlət Universiteti.
    6. Bakı Mühəndislik Universiteti.

Aşağı reytinqli özəl ali təhsil müəssisələri:

  1. Azərbaycan Kooperasiya Universiteti.
    2. Odlar Yurdu Universiteti.
    3. Bakı Biznes Universiteti.
    4. Bakı Qızlar Universiteti.

Elçin Əfəndi ölkədəki prestijli universitetlərin də adını çəkib

Ən reytinqli ali təhsil müəssisələri:

  1. BANM
    2. ADİU-UNEC
    3. ADA 
    4. ADNSU 
    5. XƏZƏR Universiteti
    6. Azərbaycan Tibb Universiteti
    7. AMİU
    8. ADU
    9. Qərbi Kaspi Universiteti
    10. ADAU