Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-20 11:47:00
Adı “Forbes” jurnalında çəkilən rejissorun müəllimlərə tövsiyəsi

Corc Lukas Təhsil Fondu tərəfindən yaradılmış qeyri-kommersiya proqramı Edutopia məktəblərə marağın artırılması üçün pedaqoqlara 5 praktik tövsiyə təklif edir.

Övladlarının məktəbləri ilə qarşılıqlı fəaliyyətinə yön vermək üçün valideynlər də bu tövsiyələrdən istifadə edə bilərlər.

Not: Corc Lukas məşhur ABŞ rejissoru və milyarderidir. “Forbes” 74 yaşlı rejissorun varidatını 5,4 milyard dollar həcmində qiymətləndirib.

1. Valideynlərin olduğu yerə gedin. Valideynləri vəziyyətdən xəbərdar etmək və qarşılıqlı fəaliyyətə ruhlandırmaq üçün Facebook, Twitter və Pinterest kimi sosial şəbəkələrdən istifadə edin.

2. Hər kəsi yaxşı qarşılayın. İcmanızda doğma dili ingilis dili olmayan çoxsaylı ailələrin varlığını qəbul edim və onlarla ünsiyyətə yardım məqsədilə texnologiyadan yararlanın.

3.Virtual iştirakı təmin edin. "Sinif otağına virtual pəncərə" açmaq üçün internet vasitələrindən yararlanın. Edutopia hər kəsi başqa vasitələrlə yanaşı, siniflər üçün sosial şəbəkə saytı olan Edmondo və Blackboard Learn tapşırıqların idarə edilməsi alətindən istifadəyə çağırır.

4.Smartfonlardan, smart məktəblərdən yararlanın. Edutopia ailələrin işə cəlb edilməsi üçün bu cihazlardan istifadənin tərəfdarıdır. Proqram həmçinin bu prosesə yardım edə biləcək bir sıra proqram təminatı əlavələrindən və toply mesajlardan istifadəni təklif edir.

5.Media fürsətlərindən yararlanın. Aktual media hadisələrindən ( məsələn, təhsil mövzusunda yeni kitabın və ya filmin işıq üzü görməsi ) məktəb fəaliyyətinin və təhsil islahatının müzakirəsi üçün açıq forum yaratmaq məqsədilə istifadə edin.