Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 13:39:54
MİQ-in test mərhələsi kağız qaydada keçirilə bilər?-Nazir müavinindən cavab  

“Bu il də kifayət qədər vakansiyalarımız olacaq”

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil televiziyasının “Təməl” verilişində təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Məhəbbət Vəliyeva bildirib ki, ötən illərlə müqayisədə bu il MİQ müsabiqəsində iştirak etmək istəyənlərin sayında artım müşahidə olunur.

“Bu il MİQ müsabiqəsində iştirakçıların sayı 55000-ə yaxındır. Ümumilikdə artıq ikinci həftədir ki, MİQ müsabiqəsinin test mərhələsinə start verilib.

İmtahanının gedişi ilə bağlı  sosial şəbəkələrdə müxtəlif fikirlər formalaşıb. Həmçinin, müəllim namizədlərin sosial şəbəkələrdə paylaşımlarını biz də izləyirik. Ümumiyyətlə, imtahanın gedişi ilə bağlı əhali arasında müsbət fikir formalaşıb. Test mərhələsində iştirak edən namizədlərin imtahanın məzmunu ilə bağlı fərqli fikirlərini oxuyuruq.  Onu da bildirim ki, hər sessiyada imtahana salınan suallar yenilənir.

Ümumiyyətlə, iştirakçıların sayı artdıqca sualların sayı da artır. Ötən illərdə olduğu kimi, bu il də test bankı təkmilləşib. Düşünürəm ki, müəllimlərimiz imtahana salınan sualların daim yenilənməsinə hazır olmalıdırlar. Çünki, öz ixtisasını, metodikanı yaxşı bilən, müasir tədris üsullarına sahib olan müəllimləri seçməyi hədəfləmişiksə suallarda buna uyğun olaraq hazırlanır”. 

Məhəbbət Vəliyeva bildirib ki, MİQ müsabiqəsində test imtahanın kağız qaydaya çevrilməsi Təhsil Nazirliyinin prioritet istiqamətlərdən ola bilməz:

 “Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki,  imtahanlar daha çox elektron qaydada keçirilir. İmtahanın elektron qaydada keçirilməsinin bir çox üstünlükləri var. Düşünürəm ki, test imtahanın kağız qaydaya çevrilməsi Təhsil Nazirliyinin prioritet istiqamətlərdən ola bilməz. Onu da bildirim ki,bu ildə kifayət qədər vakansiyalarımız olacaq.

Düşünürəm ki,  həyatımız məntiqə əsaslanan qərarların seçilməsini tələb edir. Əminəm ki, yüksək nəticə göstərən humanitar fənlərin müəllimləri də məntiqdən salınan sualları cavablandırmağı bacaracaqlar”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları