Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 10:29:00
Növbəti tədris ilində akkreditasiyası keçiriləcək  ali təhsil müəssisələrinin SİYAHISI

Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.

Həmçinin akkreditasiya təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.

Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

AzEdu.az akkreditasiyasının keçirilməsi planlaşdırılan ali təhsil müəssisələrinin siyahısını təqdim edir:

  • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev  adına Akademiyası;
  • Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası;
  • Bakı Xoreoqrafiya Akademiyası.