Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-28 15:54:52
Təmayülləşmə barəsində bilməli olduğumuz vacib detallar – Qanundan çıxarış  

Orta təhsil müəssisələrində tətbiq olunan təmayülləşmə şagirdlərin daha dərin biliklərə yiyələnib, onların öyrənmə motivasiyasının artırılması üçün nəzərdə tutulub.

Artıq 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Bu, X-XI siniflərdə təhsil alan şagirdlərin təxminən, 30 %-ni təşkil edir.

Təmayülləşmə X-XI siniflərdə 4 istiqamət üzrə aparılır: Riyaziyyat, İqtisadiyyat, Texniki, Humanitar, təbiət fənləri.

“Ümumi təhsil haqqında” Qanunda təmayül siniflərində şagird sayı 20 nəfərdən 15-ə endirilib.

Şagirdlərə seçdiyi təmayül fənlərlə yanaşı, fiziki hazırlıq, gənclərin çağırışa qədər olan hazırlığı, xarici dil, informatika kimi fənlər də tədris olunur. Lakin təmayül fənləri üzrə dərs saatı daha çox olur.

Təmayül sinfində oxuması şagirdin attestatında da qeyd olunur. Belə şagirdlərə təmayüldə olmayan fənlər IX sinfə qədər keçildiyinə görə, attestatda heç bir problem yaratmır.

Amma seçdiyi təmayülü dəyişmək arzusunda olan məktəblilər də var. Onları maraqlandıran əsas məqam təmayül istiqamətini seçdikdən sonra onu dəyişdirməyin mümkün olub olmamasıdır.

AzEdu.az xəbər verir ki, təmayülləşmə aparmazdan əvvəl şagirdlərin özləri və valideynləri ilə söhbət aparılır. Təmayül müəyyən olunarkən məktəblinin istək və məqsədi nəzərə alınır. Bu səbəbdən, seçdiyi təmayülü dəyişmək istəyənlərin sayı azlıq təşkil edir.

Hər hansı təmayülü seçdikdən sonra fikrini dəyişən şagirdin isə həmin təmayüldən imtina etmək, başqa bir istiqamət seçmək hüququ var. Amma bu hal kütləvi xarakter daşımır. Bunun üçün məktəbli ərizə ilə direktora müraciət etməlidir.

Qeyd edək ki, təmayülləşmə bir çox ölkələrdə də tətbiq edilir. Məsələn, Sinqapurda şagirdlərin müxtəlif təmayüllərə bölünməsi VI sinifdən sonra aparılır və şagirdlərə müxtəlif istiqamətlərdə tədris proqramlarını seçmək imkanı verilir. Niderlandda təmayülləşmə 70-ci illərdən başlayaraq intensiv tətbiq edilir. Böyük Britaniyada təmayülləşmə nəticəsində təhsilalanlara yuxarı siniflərdə az sayda fənn tədris olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları