Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-24 16:14:01
MİQ üzrə elektron sənəd qəbulunda böyük ajiotaj - İlk günün təəccüblü göstəricisi  

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna 500-dək namizəd qeydiyyatdan keçib.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin  İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib.

Bildirilib ki, ötən il nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 51 minə yaxın namizəd elektron qeydiyyatdan keçib.

Qeyd edək ki, iyunun 24-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər  miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Rəna NƏBİ