Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 16:29:28
MİQ müsabiqəsində iştirak edən müəllimlər üçün 3 variant – Vacib seçim  

İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.

İyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

AzEdu.az xəbər verir ki, 2019-2020-ci tədris ili üçün MİQ müsabiqəsində iştirak etmək istəyənlər aşağıda qeyd olunan 3 variantdan birini seçməlidirlər.

Diaqnostik qiymətləndirmə nəticəsi ilə vakansiya seçimində iştirak(ümumi təhsil müəssisələrində fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllim çalışmış və 3 ildən az müddətə işdən ayrılmış şəxslər);

Cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak;

2018-ci ildə keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsi ilə iştirak;

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi bitdikdən sonra yekun nəticələrə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları