Azedu.az

Abituriyentlər üçün “Açıq qapı” günü keçiriləcək

Ali təhsil

23 Aprel 2018, 12:30
Abituriyentlər üçün “Açıq qapı” günü keçiriləcək

Azerbaycan Memarlıq və İnşaat Universiteti I, II və V ixtisas qruplarına aid ixtisaslara qəbul olmaq istəyən abituriyentləri 28 aprel 2018-ci il tarixində saat 12:00-da təşkil olunacaq "Açıq qapı" gününə dəvət edir.

Universitetin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, görüşdə universitetlə tanışlıq, professor-müəllim heyəti ilə söhbətlər, tədris olunan ixtisaslar və onların respublikamız üçün əhəmiyyətindən danışılacaqdır.

Qeyd edək ki, görüşlə bağlı hansısa sual yaranarsa abituriyentlər aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərlər.

(012) 539-07-28, (012) 538-94-63, (012) 539-07-25

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox