![](https://azedu.az/uploads/news/2018/04/qizil imza gunu.jpg)
Bakı Dövlət Universitetində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ələmdar Cabbarlının “Qızıl” (povest və hekayələr) kitabının imza günü keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri açan – rektorluğun nümayənəsi dosent Daşqın Qənbərov müəllifi və mərasimə qatılanları BDU rəhbərliyi adından salamlayıb. O, bildirib ki, Universitetdə hər zaman qaynar ədəbi mühit olub, bir sıra görkəmli şair və yazıçılar bu elm ocağında fəaliyyət göstəriblər.
Tədbirin aparıcısı - İctimai Televiziyanın əməkdaşı Orxan Cabbarlı yeni kitabın məziyyətlərindən bəhs edib. Sonra professor Cahangir Məmmədli, professor Şahlar Əsgərov, tənqidçi Əsəd Cahangir, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AYB Moskva bölməsinin katibi Nəsib Nəbioğlu, şairlədən Ayaz Arabaçı, Adil Cəmil, Knyaz Aslan, Əvəz Qurbanlı, tanınmış publisist Mahir Qabiloğlu və başqaları “Qızl” kitabı haqqında fikirlərini bölüşüblər.
Mərasimdə Ələmdar Cabbarlıya “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından diplomlar verilib.
Qeyd edək ki, Ələmdar Cabbarlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosentidir.
“Qızıl” müəllifin sayca onuncu kitabıdır. Kitab "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Gənc yazarların təbliği” layihəsi üzrə nəşr olunub.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)