Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-15 08:39:34
6-cı sinif şagirdi nüfuzlu universitetin təhsil PROQRAMINDA

Yalovada yaşayan 6-cı sinif şagirdi, 11 yaşlı Ilgaz Altınörən ABŞ-dakı Con Hopkins Universiteti İstedad Mərkəzinin (CTY) Qeyri-adi İstedad Araşdırması (SET) üçün keçirdiyi sınaqda müvəffəqiyyətli biri olaraq təhsil proqramına daxil edilib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, özəl orta məktəbdə təhsil alan məktəbli 2017-ci ilin sonunda ingiliscə olan imtahanda iştirak edib. Nəticələrə görə, o, ana dili olmamasına baxmayaraq, dəqiq fənlərdən 720 və humanitardan isə 690 bal toplayıb. 2018 dərs ili üçün Cons Hopkins Universitetinin SET proqramına qəbul edilib.

Cons Hopkins Universiteti İstedad Mərkəzi 1979-cu ildən akademik olaraq, uşaqların qabiliyyətlərini inkişaf etdirmək üçün onlara, ailələrinə, yerində və ya internet üzərindən beynəlxalq araşdırma, məsləhət, dəstək, yay məktəbləri şəklində təhsil verirlər.

Təlimlərdə dostlar, mentorlar, müəllimlər uşaqların xoşbəxt və təhlükəsiz bir mühitdə böyümələrinə köməkçi olurlar. CTY-ın bir qolu olan SET istedadlı uşaqların arasından yüksək qabiliyyətləri, gənc yaşda kəşf edir. Potensialdan istifadə etmələri üçün lazımi təhsil imkanlarına nail olmalarına dəstək olmaq məqsədilə inkişaf etdirilib.

Əsmər Qabil