Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 13:35:00
"İdrak Liseyi" dava xəbərini təkzib etdi: “Sadəcə, 2 şagird təsadüfən toqquşub”

 

Mediada "İdrak Liseyi"ndə şagirdlər arasında konflikt yaşanması, hətta IX sinif şagirdinin döyülərək xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yer alıb.

Məlumatlarda bildirilir ki, hadisə orada təhsil alan IX sinif şagirdi, 2004-cü il təvəllüdlü Qasımov Qalib Rüfət oğlu ilə X sinif şagirdi Nihadın arasında şəxsi münasibətlər zəminində yaranıb. Nəticədə müxtəlif xəsarətlər alan Q.Qasımov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

AzEdu.az məsələni dəqiqləşdirmək üçün “İdrak Liseyi” ilə əlaqə saxlayıb. Təhsil müəssisəsindən kütləvi davanın baş vermədiyi, sadəcə, şagirdlər arasında kiçik anlaşılmazlıq yaşandığı bildirilib:

“Onlar arasında heç bir dava olmayıb. Sadəcə, məktəbdən çıxarkən 2 şagird təsadüfən toqquşub. Hər hansı insident yaşanmayıb.  Ola bilər, valideyn narahat olub. Amma biz məsələni aydınlaşdırmışıq. Dava, böyük bir hadisə baş verməyib.  Liseyin hər tərəfi kameradır. Belə bir hal qeydə alınmayıb”.

Şagirdin xəsarət alaraq xəstəxanaya yerləşdirilməsinə gəlincə isə, liseydən bildirilib ki, çox kiçik olduğundan  şagirddəki halı ümumiyyətlə, xəsarət adlandırmaq olmaz. Onun azacıq başı əzilib:

“Xəsarət alsaydı, onu dərhal həkimə çatdırardıq. Dünən şagird məktəbə gəlib.  Həqiqətən beyin travması almışdısa, necə yarım saat ayaq üstə qalır, direktorla söhbət edirdi? Uşağın anası da həkimdir. Hamı şahiddir ki, şagirdin halı pisləşmədi”.