Azedu.az

Beynəlxalq olimpiadalara hazırlıq komandaları Tehranda    

Məktəblər

Elm və Təhsil Nazirliyi

28 Yanvar 2019, 15:27
Beynəlxalq olimpiadalara hazırlıq komandaları Tehranda    

Riyaziyyat və informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandaları İran İslam Respublikasının paytaxtı Tehran şəhərində səfərdədir.

AzEdu.az xəbər verir ki, Azərbaycanlı şagirdlər fevralın 2-dək keçiriləcək xüsusi hazırlıq proqramında iştirak edəcəklər.

Bir həftəlik proqram 200-dən çox beynəlxalq olimpiada medalı olan Allameh Helli liseyinin bazasında təşkil edilib.

Proqramda müvafiq fənlər üzrə təcrübəli mütəxəssislər tərəfindən mühazirə, seminar, imtahan və müzakirələr təşkil olunub.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox