Azedu.az

Buraxlış və qəbul imtahanları birləşdirlir?- AÇIQLAMA

Xəbərlər

11 Aprel 2026, 10:27
Buraxlış və qəbul imtahanları birləşdirlir?- AÇIQLAMA

Demək olar ki, hər il aprel ayında 9-cu siniflər üçün buraxılış imtahanı keçirilir. Bu imtahandan sonra isə şagirdlər hələ təxminən 2 ay məktəbə davam etməli olurlar. Lakin bu müddətdə əksər hallarda davamiyyət xeyli zəifləyir. Oxşar vəziyyət 11-ci siniflərdə də müşahidə olunur: onlar da buraxılış imtahanından sonra məktəbə getməlidirlər.

Ancaq nəzərə alsaq ki, 11-ci sinif şagirdlərini qarşıda qəbul imtahanları gözləyir və onların öyrənməli olduqları əlavə mövzular var, bu hal onlar üçün müəyyən qədər əsaslandırıla bilər. 9-cu siniflər üçün isə vəziyyət fərqlidir.

Belə ki, 9-cu sinfi bitirib peşə məktəbi və ya kollecə qəbul olmaq istəyən şagirdlər üçün seçim mərhələsi adətən yay aylarının sonlarına doğru aparılır.

Bu baxımdan sual yaranır: 9-cu sinif buraxılış imtahanının vaxtını dəyişərək onu məktəbdə tədrisin başa çatdığı dövrə təyin etmək mümkündürmü? Bu halda davamiyyətin daha yüksək səviyyədə təmin olunması mümkün olmazmı?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən, təhsil eksperti Səbuhi Abdullayev  qeyd edib ki,  9-cu siniflərin imtahanlarını may ayına keçirməklə onların davamiyyətini yaxşılaşdırmaq olar:

181107

"Bu uzunmüddətli səsləndirilən fikirdir ki, həm 11-ci siniflərdə, həm də 9-cu siniflərdə imtahanların keçirilməsi onların gələcək davamiyyətinə mənfi təsir göstərir. İmtahan bitdikdən sonra belə düşünülür ki, şagirdlər artıq buraxılış və ümumilikdə qəbul üçün imtahanı veriblər və bu da kifayətdir. Təbii ki, bu formada düşünmək tam doğru deyil. Çünki proses ərzində şagirdlər təkcə məktəblərdən bilik əldə etmirlər, eyni zamanda bacarıqlarını inkişaf etdirir, sosiallaşır və digər fəaliyyətlərini davam etdirirlər. Amma ümumilikdə, buna baxmayaraq, şagirdlər özlərini bir məsuliyyətdən azad olmuş kimi hiss edirlər və bu da davamiyyətə mənfi təsir göstərir.

İlk növbədə, 9-cu siniflər üçün mümkündür ki, imtahanların vaxtını may ayına keçirməklə onların davamiyyətini daha yaxşı şəkildə qorumaq təmin edilsin. Digər tərəfdən, 11-ci siniflər üçün isə bir neçə imtahanın, o cümlədən ikinci cəhd imtahanlarının keçirilməsi onları daha çox imtahanlara yönəldir. Bu isə növbəti aylarda öyrəniləcək dərslərdən yayınmalarına səbəb olur. Belə ki, mart, aprel və may aylarında onlar faktiki olaraq tədrisdən, yəni məktəbdən uzaqlaşırlar.

Gələcəkdə planlar belədir ki, imtahanlar bəlkə də bir mərhələdə keçirilsin, yəni buraxılış və qəbul imtahanları əvvəlki kimi birləşdirilsin. Bu halda imtahanların vaxtı daha sonrakı aylara keçirilə bilər ki, bu da qeyd olunan problemlərin qarşısını ala bilər. Bu məsələ aidiyyəti üzrə müzakirə olunur və qəbul olunduğu təqdirdə qeyd olunan problemlər aradan qaldırıla bilər".

Rusiyada ortalıq q*an gölünə döndü: Ö*lənlərlər var
Son xəbərlərDaha çox