Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-20 17:56:00
Kitabları daim tər qoxuyan möcüzəvi alim – “XI əsrin ən böyük azərbaycanlısı”

Akademik Həmid Araslının fikrincə,  XI əsrin ən böyük azərbaycanlısı,  şair, xətta xətib Təbrizidir.

O, Təbrizdə anadan oldu. Lakin ömrü qürbətdə keçdi. 1109-cü ildə Bağdadda ürək tutmasından vəfat edən şairin məzarı ərəb paytaxtının “Bab Avraz” qəbristanındadır.

AzEdu.az Xətib Təbrizi haqqında maraqlı faktları təqdim edir:

Xətib daha dəqiq desək, 1030-cu ildə Təbriz şəhərində doğulub.  Elə lap uşaq yaşlarından öz dərin zakası ilə hamının heyrətindirib. Çox keçmir ki, elə  bu bacarığına görə onu alimlər məclisinə çəkirlər. Amma dövrün alimləri dərk edir ki, poetikaya,  ilahiyyata, fəlsəfəyə,  hikmətə böyük həvəsi olan bu gənc artıq Təbrizin elmi mühitinə sığmayacaq. Odur ki, ona dövrün elm mərkəzləri sayılan ərəb ölkələrinə, həmçinin Suriyaya, Şam şəhərinə getməyi məsləhət görürlər.

50 illik yolçuluğun əvvəli

Xətib Təbrizi görkəmli alimlərlə görüşmək, dünyəvi elmlərə vaqif olmaq məqsədilə yola çıxır. Günlərlə yol getdikdən sonra pay-piyada gəlib Şam şəhərinə yetişir. Bu hadisə şəhərdə dildən-dilə düşür. Sonralar görkəmli alim kimi tanınan Xətib Təbrizinin həyatından göstərilən bu epizod ərəb salnaməçilərinin diqqətini çəkir. Gənc nəslə nəsihət kimi kitablara salınır. Salnaməçilər gənc nəslə nəsihət olaraq göstərirdi ki, mənzil başına çatanda Xətibin xurcunundakı kitablar tər qoxuyurdu.

O,  Şama gələrək dövrünün ən böyük alimlərindən olan Əl Məəri ilə görüşür. Əl Məəri ona ərəb dilinin bütün sintaksis və fonetik qaydalarını öyrədir. Xətib Təbrizinin özünün də etiraf etdiyi kimi ərəb dilində Əl Məəriyə məlum olmayan söz yox imiş. Alimin gözləri kor olsa da o, Xətib Təbrizini dövrünün böyük dilçisinə çevirə bilir. 

Xətib də öz müəllimindən danışarkən həmişə bir hekayəni nəql edərdi: iki il onun yanında qaldım. Bu müddət ərzində vətənimdən heç birini görməmişdim. Məscidin həyətində dərs keçirdik. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında öz qonşumu da gördüm.  Sevincimi hiss edən ustad mənə dedi ki,  get bir az onunla söhbət elə. Mən gedib qonşumla doğma Azərbaycan dilində danışdım. Əl Məərə qayıdarkən məndən sruşdu ki siz  hansı dildə danışırdız? Cavab verdim ki, öz ana dilimdə, yəni Azərbayacanca. Dedi ki , bu dili bilmirəm amma danışdığınızın hamısını əzbər təkrar edə bilərəm və etdi də..

Doğrudur,  bir dilçinin qüdrətini əks etdirən bu hekayədə ikinci məqam da alimin qürbət eldə vətən yanğısı çəkməsidir. Bir həmyerlisini görən kimi cəld onun yanına qaçan alim həsrətində olduğu Azərbaycan dilində acgözlüklə danışır. Amma qrübət nisgilinə baxmayaraq peyğəmbərin “elm Çində də olsa arxasıyca get” kəlamına icra edən Xətib Təbrizi demək olar ki, bu yol səbəbindən ömrünün sonunadək vətənə dönmür.
Və son dayanacaq, da

Bağdadın “Nizamiyyə”mədrəsəsi

olur.   Əl Məəri ilə təhsilini bitirdikdən sonra Xətib Təbrizi bir çox Şərq ölkələrini səyahət edir. Elmini və dünyagörüşünü zənginləşdirir. Sonra yenidən Suriyay-Dəməşqə dönür. İbn Bürhan və Səlim Razidən  ilahiyyat, leksikoqrafiya və poetika dərsləri alır. 1064-cü ildə o dövrün elm mərkəzi sayılan Bağdada gəlir. Onu bura dəvət edən dostu Xətib Bağdadi Təbrizinin formalaşmasında əsaslı rol oynayır. 1067-ci ildə isə Şərq elminin həyatında böyük bir inqilab olur. Belə ki, bu zaman Bağdadda dünyada ilk rəsmi ali təhsil orqanı kimi tanınan Nizamiyyə universiteti (mədrəsəsi)  yaradılır.

Burada tarix, ədəbiyyatşünaslıq, dilçilik, astronomiya, riyaziyyat və bir çoxbaşqa dünyəvi elmlər də tədris olunur. Buna görə də həmin universitet ən müxtəlif elmlərin inkişafında mühüm rol oynayır. 
Həmin mədrəsəyə dəvət olunan kadrları səlcuq hakimləri özləri seçirdilər. 
Xətib Təbrizi“Nizamiyyə” mədrəsəsinin açılış günündən ömrünün sonuna qədər, təxminən 40 il burada dərs deyir  və mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olur.

Böyük alim elə ömrünü bu elm ocağına həsr edir. Vətəndən kənarda qürbət acılarına baxmayaraq öz elmini gənclərə öyrədir. 1109-cu ilin yanvar ayında elə burada vəfat edir. Onun dəfn mərasimində minlərlə insan  iştirak edir.   “Bab Avraz” qəbristanında dəfn olunana alim indi də qürbətdədir. Amma qürbətdə olan tək qəbri deyil. Belə ki, onun ədəbiyyatşünaslıq, poetika və dilçiliyə aid olan şərhlərdən ibarət kitabları indi də Tunis, İraq, Misir kitabxanalarında saxlanılır.