Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili üzrə növbəti beynəlxalq imtahanlar keçirilib. İmtahanların gedişi zamanı iştirakçıların bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
AzEdu.az xəbər verir ki, bu həftə ərzində 5 nəfər (1 yerli və 4 əcnəbi) “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanını verib. Akademik ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsini nəzərdə tutan 3 saatlıq onlayn imtahanda iştirakçıların oxu, yazı, dinləmə və ünsiyyət bacarıqları yoxlanılıb. “Ən tez və ədalətli” (fast&fair English test) sayılan PTE-A imtahanının nəticələri 1-2 iş günü ərzində onlayn şəkildə elan edilir və 60-dan çox ölkənin müxtəlif ali təhsil müəssisələrində qəbul edilir.
2017-ci ildən etibarən “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olan Dövlət İmtahan Mərkəzinin saytında ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanlar haqqında ətraflı məlumat verilib.
Qeyri-iş günləri imtahanlar keçirilmir.
kitabı