Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 10:54:00
Dual peşə təhsili elementlərinin tətbiqi ilə bağlı Şərqi Avropa təcrübəsi öyrənilir

Peşə Təhsili üzrə Dövlət Agentliyi, peşə təhsili müəssisələri və işəgötürən şirkətlərin nümayəndələrindən ibarət heyət 11 noyabr tarixindən etibarən Bosniya Herseqovina və Serbiya Respublikalarında baş tutacaq təlim səfərinə qatılıb.

Azedu.az xəbər verir ki, təlim səfərinin əsas məqsədi Şərqi Avropa ölkələrində dual peşə təhsili elementlərinin tətbiqi ilə bağlı  ilə qabaqcıl təcrübələrlə tanış olmaq və dual peşə təhsili və təlili modelinin Azərbaycanın peşə təhsili sahəsində tətbiq metodlarının öyrənilməsidir.
Nümayədə heyəti 11-13 noyabr tarixlərində Bosniya və Hersoqovina Respublikasının Dövlət Qulluğu Nazirliyini, müxtəlif kantonlarda yerləşən peşə təhsili müəssisələrini və işəgötürən şirkətləri ziyarət ediblər. Səfər iştirakçıları dual peşə təhsilinin tətbiqi üçün hüquqi bazanın formalaşdırılması, özəl sektor nümayəndələri ilə əməkdaşlıq, maraqlı tərəflərlə əməkdaşlıq strukturlarının gücləndirilməsi, iş yerində təlimlərin keçirilməsi, maliyyə müstəqilliyinin artırılması və maliyyənin idarə edilməsi prosesləri ilə tanış olublar.
Sözügedən təlim səfəri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən  “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.