XƏBƏRLƏR

29.10.2019 17:58
Müəllimlər və ustalar üçün təlim keçirilib

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz və bərbər ixtisasları üzrə ixtisas fənn müəllimləri və istehsalat təlim ustaları üçün təlim keçirilib.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a bildirilib ki, təlim "Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin İcrasına Dəstək" layihəsi üzrə qeyri-formal və informal təhsilin tanınması məqsədilə təşkil olunub.

Xatırladaq ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihənin icra müddəti 2018-ci il yanvar ayından 2020-ci il iyun ayınadək olan dövrü əhatə edir.

Layihə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin tələblərinə uyğun olaraq (milli kvalifikasiyaların sistemləşdirilməsi üçün bir vasitə olmaqla təhsilalanlar, təhsilverənlər və işəgötürənlər üçün hazırlanıb və milli kvalifikasiyaların beynəlxalq kvalifikasiyalarla uyğunluğunun təhlil olunmasına xidmət edir.

Layihənin ümumi məqsədi ömürboyu öyrənmə imkanları yaratmaqla Azərbaycanda təhsil və təlim sisteminin keyfiyyətini artırmaq, Avropa və beynəlxalq təcrübəyə uyğun olaraq təhsilin inkişafı strategiyasını yerinə yetirməkdir. Layihənin əsas hədəfləri 24 ixtisas üçün peşə standartının və kurikulumlarının hazırlanması, karyerayönümünə dəstək, peşə xəritələrinin hazırlanmasıdır.

İlin gənc müəllimi-Müraciət formu