XƏBƏRLƏR

30.09.2019 14:35
Peşə təmayüllü siniflər peşə məktəblərindən nə ilə fərqlənirlər?-Valideynlərin diqqətinə  

Bu gün yeni yaradılan təmayül sinifləri ilə yanaşı, peşə təhsili müəssisələri də fəaliyyət göstərir. Hər iki təhsil ocağını bir-biri ilə qarışdırmaq olmaz.

AzEdu.az  peşə təmayüllü siniflərlə peşə təhsili müəssisələri arasındakı oxşar və fərqli cəhətləri  təqdim edir.

Peşə təhsili müəssisələrindən fərqli olaraq, təmayül siniflər ixtisaslı kadr yetişdirmir. Bu siniflərdə şagirdlərə yalnız müəyyən peşə bacarıqları aşılanır. Gələcəkdə, peşə təhsili alacaq şagirdlər artıq orta məktəbdən müəyyən bilik və bacarıqlara yiyələnmiş halda təhsillərini davam etdirəcəklər.  

Təmayül siniflərdə şagirdlərə ümumtəhsil fənləri ilə yanaşı bəzi peşəyönümlü  biliklər: peşə etikası, müştərilərə xidmət,  sahibkarlıq, layihə planlanması və s. öyrədiləcək.  Bunlarla yanaşı, onlara öz rayonlarında hazırladıqları məhsulu rahatlıqla onlayn satışa çıxara bilmələri üçün İKT, sosial şəbəkələrdən effektiv istifadə, onlayn satış ın həyata keçirilməsi, rəqəmsal bacarıqlar və s. bacarıqlar da aşılanacaq.  Məktəblərdə bu siniflərlə bağlı xüsusi kabinetlər, məktəbin həyətində təcrübə üçün xüsusi sahələr də  hazırlanıb. Şagirdlər burda rahatlıqla təcrübə keçəcəklər. Qalan dərslər isə, eynilə ümumtəhsildə olduğu kimi keçiriləcək.

Təmayül siniflərin yaradılmasında əsas məqsəd, əmək bazarına atılacaq şagirdlərin lazımı bacarıqları əldə  edərək cəmiyyətdə tapa bilmələridir.

Qeyd edək ki, peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul ediləcəklər və  təhsil dövlət hesabına həyata keçiriləcək.

İlin gənc müəllimi-Müraciət formu