XƏBƏRLƏR

28.09.2019 14:42
Öyrənilməsi çətin olan xarici dillər

Fərqli dil öyrənmək olduqca əyləncəlidir: ingilis, alman, fransız kimi dilləri çox rahatlıqla öyrənmək olar. 

Amma elə dillər var ki, onları öyrənmək çətindir: daha çox vaxt tələb edir.

AzEdu.az bu yazıda öyənilməsi çətin olan dilləri təqdim edir.

Norveç - Bu dil Danimarka, İsveçrə dilinə çox yaxındır. Həmin dillərdən birini bilən adam  digərlərini də başa düşə bilər. Bunun əsas səbəbi onların qrammatik quruluşunun eyni olmasıdır.

Fars - Hind- Avropa dil ailəsinin bir qolu Hind-İran qrupundan olan farsca təxminən 110 milyon insanın ana dilidir. 

İndoneziya - 1945ci ildə ildə İndoneziyanin müstəqillik qazanmasından sonra rəsmi dövlət dili elan edilib. Bura dünyanın ən çox əhalisi olan ölkələrindən biridir. Bunu nəzərə alaraq deyə bilərik ki, bu dil dünyanın ən çox danışılan dillərindəndir. 

Afrika - Anadili afrika dili olanların sayı 6 milyona qədərdir. İkinci dil olaraq danışanların sayı isə 10 milyondan çoxdur. Cənub Afrika Cümhuriyyətinin 11 rəsmi dilindən biridir

Urdu - Pakistan və Hindistanin rəsmi dili olub türkcədəki “ordu” kəlməsindən götürülüb. Bəzən Orduca da adlandırılır

Koreya  - Dünyada 80 milyondan çox adam tərəfindən danışılır.

Yapon - 125 milyondan çox insanın danışdığı dildir.

Ərəb - Ərəb əlifbası Osmanlı imperiyası daxil olmaqla islam dinin yayıldığı coğrafiyada mənimsenilmis, latın əlifbasından sonra dünyada yazı dili olaraq ən çox istifadə olunan yazı sistemidir. 

Çin - Bu dil Çində və ətrafında yaşayan bir milyarddan çox adam tərəfindən danışılan minlərcə kiçik dil ailəsinin hamısına verilən addir. Dünyada hər beş adamdan birinin ana dilidir. Ən çox danışılan dil olduğundan Birləşmiş Millətlər Təşkilatının  rəsmi dillərindən biridir. 

Ayşe Müseyib

İlin gənc müəllimi-Müraciət formu