XƏBƏRLƏR

20.09.2019 11:47
Peşə məktəblərində işləmək istəyənlərin  nəzərinə - Bu gün başa çatır

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənəd qəbulu bu gün başa çatır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər.

İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılır.

Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) [email protected] elektron ünvanına təqdim etməlidirlər

İlin gənc müəllimi-Müraciət formu