XƏBƏRLƏR

01.08.2019 14:32
Nazirlik: Distant təhsil üzrə xarici diplomların tanınması mümkün deyil  

Azərbaycan qanunvericiliyinə əsasən, distant təhsilalma forması üzrə xaricdə təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Məlumatda o da bildirilib ki, doktorantura pilləsi üzrə xaricdə alınan ixtisasın nostrifikasiyası üçün Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət olunmalıdır.

 “Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır”, - Nazirliyin məlumatında qeyd olunub.

İlin gənc müəllimi-Müraciət formu