XƏBƏRLƏR

17.07.2019 11:20
Müəllimlərin işə qəbulu imtahanları davam edir  

İyulun 17-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. Bu gün keçirilən imtahanlarda ibtidai sinif müəllimi olmaq istəyən namizədlər iştirak edirlər.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, imtahana 3 min 280 namizədin qatılacağı gözlənilir.

Qeyd edək ki, iyulun 16-da keçirilən ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 min 881 namizəd iştirak edib. Namizədlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Aysel Məmmədova və Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Sara Xəlilova 58 bal toplayaraq yüksək nəticə əldə ediblər.

İmtahanlar iyulun 24-dək davam edəcək.

İlin gənc müəllimi-Müraciət formu