XƏBƏRLƏR

16.07.2019 09:15
MİQ müsabiqəsinin Respublika qalibləri – “İxtisasını bilən üçün suallar çox sadə idi”  

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin növbəti test mərhələsi keçirilib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin növbəti günündə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahanda iştirak ediblər.

İmtahanda iştirak edən müəllim namizədlərindən 3 nəfər ən yüksək nəticəni göstərib.

Onlardan biri – Azərbaycan Dövlət Pedaqoji Universitetin Sabah qruplarının məzunu  Fatimə Hüseynova ali təhsilini bu il bitirib.

O, MİQ imtahanından 55 bal toplayıb.

İlk iş təcrübəsini yaşayacaq müsahibimiz AzEdu.az-a açıqlamasında yeni tədris ili üçün həyəcanlı olduğunu qeyd edib:

“İmtahan prosesi çox şəffaf keçdi. Hər şey müsbət şəkildə təşkil olunmuşdu. Nəzarət güclü idi. İmtahanla bağlı gözləntilərim öz nəticəsini verdi.

Bəzi sosial şəbəkələrdə imtahanın qeyri-şəffaf olması ilə bağlı fikirlərə rast gəlirəm. Bu, yanlış məlumatdı. İmtahan təhsil qanunlarının tələblərinə cavab verən şəkildə təşkil olunmuşdu. Suallar asan və cavablandırılması mümkün idi.

İlk dəfə müəllim kimi fəaliyyətə başlayacağam. Bu, çox xoş və ifadə edilməyəcək qədər xoşdu. Sentyabrı səbirsizliklə gözləyirəm. Çox həyəcanlıyam”.

Ağalarova Minarə  Sumqayıt Dövlət Universitetinin ibtidai sinif müəllimliyi fakültəsini bitirib. O, da MİQ imtahanından 55 bal toplayıb:

Minarə xanım hələ diplomunu almadığını və Universiteti bu il bitirdiyini qeyd edib:

“Suallar rahat idi. Cavablandırmaqda çətinlik çəkmədim. İxtisası bilən müəllim üçün deyərdim ki, heç nədi.

İmtahanın gedişatı çox çəffaf idi. Heç bir qayda pozuntusuna rast gəlmədim. Müəllim namizədlərdən heç kim imtahanın gedişində bir-birinə mane olmadılar.

Belə bir imtahan təşkil olunduğu üçün təşəkkür edirəm. Hər şey çox gözlər təşkil olunmuşdu.

Sentyabr ayından  şagirdlərin qarşısına müəllim olaraq çıxacam.Əslində bu məni bir az qorxudur.Düşünürəm ki, bu məsuliyyətdən yaranır.İlk dəfədi MİQ imtahanında iştirak edirəm. Təzə bitirdiyim üçün bir az çətinliklər yaşaya bilərəm.Ümid edirəm ki, hər şey gözəl olacaq.

Çalışacam ki, uşaqlara öz biliyimi kifayət qədər yaxşı çatdırım və onları gələcəyin savadlı nəsli kimi yetişdirim”.

Şüküfə Süleymanlı

 

İlin gənc müəllimi-Müraciət formu