XƏBƏRLƏR

12.07.2019 11:55
Ceyhun Bayramov: “Vakant yerlər 100 faiz tutulacaq”

“Bu il elektron ərizələrini qeydiyyatdan keçirən müəllimlərin sayı 56 mindən çox olub. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir".

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, test imtahanlarının iyulun 24-nə qədər keçiriləcəyi nəzərdə tutulur:

"Hər gün orta hesabla 3800-ə yaxın müəllim test imtahanı verir. Hazırda bütün ölkə üzrə orta məktəblərdə vakant yerlərin sayı dəqiqləşdirilir. Yaxın zamanlarda bütün vakant yerlər elan ediləcək. Düşünürük ki, bu il ötən ildəkindən daha çox sayda vakant yer elan olunacaq. Namizədlərin sayını və rəqabətliliyini nəzərə alaraq gözləntimiz ondan ibarətdir ki, vakant yerlər 100 faiz tutulacaq. Çünki son illərdə Təhsilin inkişafı üzrə strategiyaya uyğun aparılan kompleks tədbirlər nəticəsində çox müsbət dinamika müşahidə olunur. Müəllimlik peşəsinin çox rəqabətli peşəyə çevrilməsinin şahidiyik.

Qeyd edək ki, iyulun 8-dən başlayaraq Azərbaycanda mərkəzləşmiş qaydada başlayaraq müəllimlərin işə qəbulu imtahanı keçirilir.

İlin gənc müəllimi-Müraciət formu