Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-03 12:16:51
Məktəbi əla qiymətlərlə başa vuran bu qədər məzun 100 bal da toplaya bilməyib – Qəbul imtahanı  

2017-ci ilin məzunları arasında 24 “əlaçı” qəbul imtahanlarında 0-99 intervalı arasında nəticə göstərib. Məktəbi əla qiymətlərlə başa vuran 200 nəfər 100-200 bal, 651 nəfər isə 200-299  intervalı arasında bal toplayıb.

AzEdu.az xəbər verir ki, bu göstəricilər Dövlət İmtahan Mərkəzinin 2017-2018-ci il üzrə tələbə qəbulu və buraxılış imtahanlarının elmi-statistik təhlilinin yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd olunub.

Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96.87%-nin qəbul imtahanlarındakı nəticələri  0–199 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 49.97%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.

Həmin ildə orta attestat balı 4.5-5 intervalında yerləşənlərdən 1370 nəfər 0-99 bal intervalında nəticə göstərib.

Orta attestat balı “3” olan 5 nəfər isə 300-499 intervalında bal toplayıb.

Xatırladaq ki, hazırda IX sinif şagirdləri üçün yeni tədris proqramı (kurikulum) əsasında iki mərhələdə keçirilən imtahanlar, məhz 2017-ci ildən etibarən təşkil olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları