Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 09:01:46
12 mart buraxılış imtahanının nəticələri bu gün elan oluna bilər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri ilə bağlı sayı-hesabı olmayan suallara bu gün cavab verilə bilər.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, 12 mart tarixində keçirilən buraxılış imtahanı nəticələrinin nəhayət bu gün açıqlanacağı gözlənilir.
 

Xatırladaq ki, martın 12-dəki buraxılış imtahanları Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə, hərbi liseylərdə təhsil alan şagirdlər üçün keçirilib. 

Həmin tarixdə Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib.


Ümumilikdə bu imtahanlarda 51 minə yaxın 11-ci sinif şagirdi iştirak edib.