Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-06 09:05:58
İmtahanda telefonla tutulan qızla bağlı qərar verildi - DİM-dən müsbət addım

"Əziz dostlar, Nur imtahana buraxılacaq. Sentyabrda təkrar imtahan olacaq. DİM məsələni araşdırıb qərar verdi. Bir neçə gün öncə kədərimi sizinlə bölüşdüyüm kimi, indi də sevincimi bölüşmək istədim".

AzEdu.az xəbər verir ki, bunu aktrisa Ellada Sarvan sosial şəbəkə hesabında paylaşıb.

Bir neçə gün əvvəl imtahanda iştirak edən qızı, Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi Nur Əhmədovanın imtahana buraxılmamasından şikayətçi olan aktrisa artıq övladı üçün yenidən imtahan keçiriləcəyini deyib:

"İmtahan günü imtahan rəhbəri protokolda hadisəni düzgün qeyd etdiyinə görə, bu gün müsbət cavab ala bildik. Mən şəxsən Məleykə Abbaszadədəyə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, aktrisanın qızı Nur Əhmədova 9-cu siniflərin aprelin 16-da keçirilən buraxılış imtahanına girərkən gödəkçəsinin cibində telefon aşkar edildiyindən prosesdən xaric edilmişdi.