Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-05 21:00:00
Ekspert 11-cilərin valideynlərinə səsləndi: “Balalarınıza qıymayın!”

“Elə bir imtahan olmayıb ki, imtahan sonrası abuturiyent intiharı haqda eşitməyək. Səbəb isə çox vaxt valideyn basqısı və qınağı olub. Ona görə də bu gün buraxılış imtahanı verən 50 mindən çox şagirdə uğur, onların valideynlərinə isə insaf arzulayıram”.

AzEdu.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Rldəniz Əmirov bildirib.

“Etməyin! İmtahandan çıxmış balalarınıza nəticələrinə görə basqı etməyin. Bu gün etdiyiniz basqı heç nəyi dəyişməyəcək. Bunu etmək üçün 11 il vaxtınız olub. 11 il lazımı dərəcədə valideynlik öhdəçiliyi etməmişiksə və ya hansısa səbəbdən edə bilməmişiksə, bunun günahı uşaqlarda deyil. Onsuz da ən məsuliyyətsiz uşaq belə imtahan sonrası çox həssas olur.

Həm də axı uşağın topladığı bal onun Sizin üçün və vətən üçün faydalı övlad olub-olmayacağı haqda hələ heç nə demir. O qədər yuxarı bal toplayan ali təhsilli nankorlarımız var ki...

Odur ki, balalarınıza qıymayın! Hansı balla çıxırsa çıxsın, mənəvi dayaq olun, ürək-dirək verin, saçlarını tumarlayın”, - deyə o valideynlərə çağırışnda deyib.