Azedu.az

Universitetlər üzrə “QS Stars” reytinq qiymətləndirməsinin ilk nəticələri elan olunub

Elm və Təhsil Nazirliyi

17 Fevral 2025, 10:03
Universitetlər üzrə “QS Stars” reytinq qiymətləndirməsinin ilk nəticələri elan olunub

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsinin ilk nəticələri elan olunub.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Belə ki, qiymətləndirmənin yekunlaşdığı Bakı Dövlət Universitetinin ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Bakı Dövlət Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.

Qeyd edək ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.

Bu uğurlu nəticəyə görə Bakı Dövlət Universitetini təbrik edir, “QS Stars” qiymətləndirməsi davam edən digər ali təhsil müəssisələrinə uğurlar arzu edirik.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox