Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 12:06:15
800 yerlik yataqxana istismara hazırdır - Ceyhun Bayramov

"Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşası başa çatdırılıb və istismara hazırdır".

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşasının başa çatır. Paytaxtda və regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud yataqxana binaları əsaslı təmiri və yenidən qurulur. 

C.Bayramov əlavə edib ki, bu da tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları