Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-20 13:41:21
“Türkiyə universitetlərinə attestatla qəbul ləğv olunmayıb, tövsiyə edilib” – Tələbə qəbulu üzrə mütəxəssis  

“Son  günlərdə  sosial şəbəkələrdə yaranmış  qalmaqallı bir məqama  aydınlıq gətirmək istəyirəm. Türkiyə Universitetlərinin  attestatla tələbə  qəbulunu ləğv etdikləri   sadəcə DİM imtahanın  nəticəsi ilə qəbul olunduğu  qeyd edilir.

Türkiyənin Yüksek Öğretim Kurulunun (YÖK)   universitetlərə  göndərdiyi maili paylaşaraq  buna əsas gətirirlər. Bu yazı universitetlərə hər il  göndərilməkdədir”. 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı İstanbul Şehir Üniversitesinin xarici tələbə qəbulu üzrə mütəxəssisi Həsən Əliyev bildirib. Onun sözlərinə görə, 2010-cu ildə   Türkiyədə  mərkəzləşdirilmiş  YÖS imtahanı ləğv olunduqdan  sonra bütün  universitetlər xarici tələbə  qəbulu proseduranı  özləri fərdi  şəkildə həyata keçirməyə başladı: 

“Burada bəzi universitetlər  attestatla  qəbula  digərləri isə müxtəlif  beynəlxalq və yerli  imtahan nəticələr ilə qəbul həyata keçirməyə başladı. Bu yazı isə YÖK-ün  DİM imtahanı ilə qəbul etməsi haqqında olduğu  bir tövsiyədir.   Bu tipli yazılar hər il tək Azərbaycana deyil bütün ölkələrin yerli imtahanları  haqqında yazılı şəkildə universitetlərə göndərilir”. 

Həsən Əliyev vurğulayıb  ki, bəzi şəxslər isə attestatla və ya imtahansız qəbulun qanunsuz olduğunu qeyd edirlər  ona da  aydınlıq bildirib:    

“Öncə  qeyd edim ki,  dünyanın  heç bir yerində  imtahansız qəbul deyilən  bir anlayış  yoxdur. Bunu tələbə cəlb  etmək məqsədi  ilə bəzi xaricdə  təhsil şirkətlərinin uydurmasıdır. Dünyanın  bütün  universitetləri  xarici tələbə  qəbulunda  öz yerli  tələbələrindən fərqli nəticə ilə qəbul aparır. Məsələn: Azərbaycan vətəndaşları Azərbaycandakı  universitetlərə  DİM imtahanı  olmadan qəbul ola bilmir.  Amma xarici vətəndaşları attestat qiymətlərini  imtahan nəticəsi olaraq  qəbul edir.       Ona görə də  xarici vətəndaşlar hər  bir ölkədə  orta  məktəb dərslərindən aldıqları qiymətlərə görə qəbul olur. O ki qaldı Türkiyə universitetlərinə biz  İstanbul Şəhər Universiteti olaraq azərbaycanlı  tələbələri attestatla qəbulunu həyata keçiririk.   Lakin DİM  imtahanı vermiş tələbələr  bizim üçün daha  üstün tələbə sayılır.  

İstanbul Şəhər Universiteti  olaraq bizim qəbul qaydalarımızda heç bir dəyişiklik olmayıb. Yenə öncəki illərdə olduğu  qəbulları həyata  keçirəcəyik”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları