Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 12:04:00
Oğuz elinin illərlə tələbə görməyən kəndləri – Aşağı göstəricilər -RƏSMİ  

Qəbul imtahanlarındakı  yüksək göstəricilərə görə,  respublikada bir neçə məktəb xüsusilə seçilir. 

Bununla yanaşı, çox zəif  nəticələrə sahib, qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Oğuz rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

Calud kənd orta məktəbi üzrə 2007-2011-ci illər;

Astraxanovka kənd orta məktəbi üzrə 1996-2001-ci və 2005-2009-cu illər;

Ə.Həbibullayev adına Baş Daşağıl kənd orta məktəbi üzrə 2004-2007-ci illər;

Y.Şəfiyev adına Xalxal kənd orta məktəbi üzrə 1999-2004-ci illər;

A.Mahmudov adına Qarabulaq kənd orta məktəbi üzrə 1996-2001-ci, 2005-2011-ci və 2017-ci illər;

A.Çiyniyev adına Filfilli kənd orta məktəbi üzrə 1998-2001;

E.Hüseynov adına Ərmənət kənd orta məktəbi üzrə 2017-ci il;

Mollalı kənd orta məktəbi üzrə 1997-2002-ci və 2004-2007-ci illər;

O.Tayıflı adına Tayıflı kənd orta məktəbi üzrə 2002-2006-cı illərdə heç bir məzun ali təhsil müəssisələrinə daxil ola bilməyib.

Xatırladaq ki, Oğuz məktəblərində qəbul göstəriciləri respublika səviyyəsindən aşağıdır. Eyni zamanda məktəblərdə şagird azlığı da müşahidə olunur.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları