Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 09:45:00
Azərbaycanda 18 mindən çox müəllim işə qəbul olunub - Son 5 ildə

Son 5 ildə kənd məktəblərində yeni fəaliyyətə başlamış 11 600 müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bu, işə yeni qəbul olunan müəllimlərin 64 faizini təşkil edib.

Ümumilikdə son 5 ildə Azərbaycanda 18 136 müəllim işə qəbul olunub. Bu müddətdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət edib. Bu da 2013-cü illə müqayisədə 3 dəfə çoxdur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları