Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 10:14:00
“Bu, yolverilməzdir, müəllif  hüquqlarımı tələb edəcəyəm” – Kitabı plagiat olunan alim  

“Faktı təsdiq etmək üçün  kitabları qarşılaşdıracağam. Dünən dərsdə idim deyə, xəbərə  ötəri  baxa bildim. Doğrudan  da belə hal baş veribsə, müəllif hüquqlarımı tələb edəcəyəm”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli deyib. O, plagiatlıqla ittiham olunan Sayalı Sadıqovanın kitabını əldə etmədiyini bildirib:

“Kitabları qarşılaşdırma etməmişəm. Amma fakt varsa, deməli ortada nəsə var. Vətəndaş kimi bu fikirdəyəm ki, plagiatlıq çox əcaib, yaramaz işdir. Bunun qabağını almaq üçün xüsusi idarələr var. Bunu heç cür alqışlaya bilmərəm. Bir cümləyə görə də adamın başına oyun açarlar. Bu düzgün deyil”.

Professor plagiatlığı oğurluq adlandırıb:

“Bu, mülkün mənimsənilməsidir. Elə bil, mənim mənzilim var, gəlib məni mənzildən çıxardıb onu özlərinə mülk edirlər.

Faktı təsdiq etmək üçün  kitabları qarşılaşdıracağam. Dünən dərsdə idim deyə xəbərə  ötəri baxa bildim. Doğurdandan da belə hal baş veribsə, müəllif hüquqlarımı tələb edəcəyəm”.

Xatırladaq ki, dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi  “İzahlı dilçilik terminləri lüğəti”  kitabının plagiat olması ortaya çıxıb.  Sözügedən institutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri”  və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürdükləri  barədə xəbərlər yayılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları