Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 15:58:26
Məktəblərdə yeni geyim formaları tətbiq olunacaq  

Ümumi təhsil müəssisəsində təhsilalanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilib.

Belə ki, qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) qeyd edilib ki, ümumi təhsil müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.

Sənəddə göstərilib ki, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Həmçinin qanun layihəsində bildirilib ki, Azərbaycan Respublikasında formal ümumi təhsil forması tətbiq olunur.

“Ümumi təhsil haqqında” qanun layihəsi yaxın günlərdə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılacaq.