Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 10:39:00
Müvəffəqiyyətsiz şagird əslində müəlliminə nələri deməyə çalışırlar?

Məktəblər ləyaqətə əsaslanan sistemlə fəaliyyət göstərir: Şagirdlərə qiymətlər verilir, müvəffəqiyyət səviyyəsinə görə qruplara bölünür və mükəmməl nəticə göstərənlər mükafatlandırılır. Hansı səbəblə olursa olsun, əgər bir uşağın göstəriciləri gözlənilən olmursa, çox vaxt dəftərə onun haqqında mənfi qeydlər yazılır: “Qeyri-kafi oxuyur”, “Çalışqan deyil” və ya “İmtahan nəticəsi zəifdir” və s.

Bu sistemin nəticəsidir ki, müəllimlər şagirdlərini imtahana girib bal alan insanlar olaraq görməyə başlayıblar. Bu ən yüngül deyimlə, əsəb pozucu bir vəziyyətdir. Əslində, balların, öyrənməklə çox az əlaqəsi var.

Müəllimlər  balları yüksək olan şagirdi yaxşı, zəif olanı isə elə də yaxşı olmayan uşaq kimi görməsi, məktəblərimizdə adi hala çevrilib.

Travmalarla mübarizə aparan məktəblər və müəllimlər olmağa çalışarkən bilməliyik ki, cari sistem bir uşağı təkcə imtahan nəticəsinə əsasən  “müvəffəqiyyətli şagird” deyə etiketləməyimizə imkan verir.  Bu, artıq mövcud travmaları ağırlaşdıra, həmçinin əvvəl travma yaşamamış uşaqları travma yaşada bilər.

Məhz buna görə də əgər bir şagird  yaxşı nəticələr, inkişaf göstərmirsə, dayanıb düşünməli və o uşağın hərəkətlərini izləməliyik. Dikbaşlıq və qarşı çıxmanın altında yatan səbəbləri başa düşməyə çalışmalıyıq. Bunun sayəsində uşağın üzərinə yapışıb qalmış mənfi rəyləri   aradan qaldıra və bu uşağı daha real tanıya bilərik. Bu zaman  o uşağın bizə əslində nələr demək istədiyini anlayarıq.

  1. Mən yığdığım ballarım deyiləm. Bir az savadım olsa da, müsbət qiymətlər almağı və ya tapşırıqlardan yüksək xallar toplamağı bacarmıram. Pis not alacağımı bildiyim üçün  çox vaxt buna səy belə göstərmirəm. Həqiqətdə kim olduğumu göstərə bilmək üçün, ballarla, yanaşı başqa yolların da olmasını istəyərdim.
  2. Mən xəyal qırıqlığı deyiləm. Məktəb çətindir və müəllimlərimə xəyal qırıqlığı yaşatdığımın fərqindəyəm. Bundan əlavə, qrup olaraq işləyəndə sinif yoldaşlarımın da məyus olmalarına səbəb oluram. Buna görə də hər gün, özüm haqqında düşünməyə çalışıram. Nəyi doğru etmirəm? Kaş ki mətkəbdə, sadəcə səhv etdiyimiz şeylərə deyil, doğru etdiyimiz şeylərə də baxa bilsəydik.
  3. Mənim səviyyəmə enin. Edə bildiyim şeylər var – tam sizin istədiyiniz kimi və bu dəqiqə olmasa da. Kaş ki daha çox zamanım olsaydı. İstərdim ki, verilən tapşırıqlar mənə daha çox şey ifadə etsin. Məktəbdə edilənlərin çoxu tələsiyə gətirilmiş və ağıl qarışdıran şeylərdir.
  4. Əl çəkməyin. Mənə çatmağın bir yolunu tapın. Niyə başa düşə bilmədiyimdən əmin deyiləm. Səbəbini tapmaq üçün birinin səy göstərməsini gözləyirəm. Etmək istəmədiyimdən deyil, bilirəm bəzən beləymiş kimi görünür. Böyüklərin mənə suallar verməsi mənə yaxşı təsir edir. Bunu hər gün etmirəm, amma bəlkə bir gün bacararam.

Məktəblərimizdə notlara və imtahanlara həddən artıq önəm verən bu zərərli sistemin dəyişməsi üçün səfərbər olmağımız, uşaqların zəif yönlərinə fokuslanan yanaşmanın tərk edilməsi üçün əlbirliyi ilə hərəkət etməyimiz lazımdır. Ləyaqət əsaslı ənənəvi sistemi aradan qaldıracaq, uğursuzluğun, neqativliyin və əskikliyin tərifi olan zəif bir notla – bəlkə də illərdir – etiketlənmiş olan uşaqları təbrik etməyin, övməyin, mükafatlandırmağın yollarını tapmalıyıq.