Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 12:12:28
Təhsil Nazirliyi 5 ilə bu işləri görəcək - PROQRAM  

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.

AzEdu.az  xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov qurultayda çıxışı zamanı qarşıda duran vəzifələri qeyd edib:

Ali təhsil

*2019-2023-cü illər üçün Azərbaycan  Respublikasında  ali təhsil   Sisteminin beynəlxalq  rəqabətliyinin artırılması  üzrə  Dövlət Proqramı;

*Ali təhsil   sisteminin  məzmun  və keyfiyyət  göstəricilərinin beynəlxalq ikili diplom proqramları  və xarici  mütəxəsisslərinin   cəlb olunmsı yolu ilə  təkmilləşdirilməsi;

*Ali təhsil müəssisələrinin  akademik  potensialının gücləndirilməsi  məqsədi ilə milli  kadrların  hazırlanması üçün  xaricdə  doktorantura səviyyəsində təhsilinin  maliyyələşdirilməsi;

Peşə təhsili

 *İxtisasların yenu məzmunu  hazırlanması;

*Biznes subyektləri və  işəgötürənlərlə  səmərəli əməkdaşlıq  mübnasibətlərinin qurulması və birgə proqramlarının həyata keçirilməsi;

 *Qeyri-formal və informal  yolla əldə  edilmiş  səriştələrin qiymətləndirilməsi bvə tanınması mexanizminin hazırlanması  və tətbiqi;

 Pedaqoji kadrlar

*Müəllim hazırlığı  üzrə yeni məzmunun tətbiqi;

*Təcrübə   komponentlərinin əhəmiyyətli şəkildə artırılması;

*Təhsil  sistemi  üçün vacib olan  kurikulum, qiymətləndirilmə, məktəb  psixologiyası,  təhsili idarəetmə sahəsində  magistratura proqramlarının hazırlanması  və tətbiqi;

Ümumi təhsilin  məzmunu

*Ümumi təhsilin  məzmunun beynəlxalq qiymətləndirmə tədqiqatlarının  meyarlarına  uyğunlaşdırılması;

*Əmək bazarının  gələcək  tələblərinin nəzərə alınması;

*İnnovasiyaların  tətbiqi;

 *Riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən  robototexnikaŞ, süni intelekt, nano- texnologiyalat və bu kimi bir sıra innovativ məzmunun  mumi təhsildə tətbiqi”.

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayda Təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri və media nümayəndələri iştirak edəcək. Ənənəvi olaraq 5 ildən bir keçirilən qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunur. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları